Ötən altı ay ərzində ermənilər atəşkəsi 105 dəfədən çox pozublar

Ötən altı ay ərzində ermənilər atəşkəsi 105 dəfədən çox pozublar
# 02 iyul 2007 10:23 (UTC +04:00)
APA-nın Müdafiə Nazirliyinin təsdiqlədiyi məlumatlar əsasında apardığı monitorinqlərin nəticəsinə görə, atəşkəsin pozulması və cəbhə xəttində mina partlayışları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi həlak olub. Bundan başqa, 4 əsgər düşmən gülləsindən, 5 əsgər isə mina partlayışından yaralanıb. Atəşkəsin ən çox pozulması Ağdam, Füzuli, Tərtər və Qazax rayonlarında baş verib.
Monitorinqin nəticələrinə görə, ilin əvvəlki aylarında atəşkəsin daha çox pozulması halları cəbhənin mərkəzində Ağdam və Tərtər rayonları istiqamətində, iyul ayında isə Qazax-Tovuz istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədində baş verib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, mayor İlqar Verdiyev APA-ya açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi dövlətlər arasında 1994-cü ildə imzalanmış atəşkəs rejiminə əməl etməyərək, beynəlxalq hüquq normalarına hörmətsizlik edir: “Ermənistan Silahlı Qüvvələri tək işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrdə deyil, dövlət sərhədində belə, atəşkəsi tez-tez pozur. Atəşkəs rejimi pozulursa, tərəflərin itkilər verməsi də təbiidir. Biz çalışırıq ki, itkilər maksimum səviyyədə az olsun”.
Qeyd edək ki, 2006-cı il ərzində 220 dəfə pozulub. Ötən il düşmən gülləsi və digər səbəblərdən Azərbaycan Silahlı Qüvvələrinin 48 hərbi qulluqçusu dünyasını dəyişib ki, onlardan 14 nəfəri atəşkəsin pozulması nəticəsində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR