Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 12 iyul 2007 09:39 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi yenidən pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri iyulun 12-də saat 00.15-dən 00.30-dək Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara kəndi yaxınlığındakı mövqelərini, saat 03.15-dən 06.50-dək Berd rayonunun Çinari kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi yaxınlığındakı mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR