Latviya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkilərini” tanımadığını bəyan edib

Latviya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkilərini” tanımadığını bəyan edib
# 20 iyul 2007 13:52 (UTC +04:00)
Latviya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkilərini” və bu “seçkilərin” nəticələrini tanımadığını bəyan edib. Azərbaycanın Latviyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ölkənin xarici siyasət idarəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bildirib. Latviya Xarici İşlər Nazirliyi bəyan edib ki, “prezident seçkilərinin” keçirilməsi münaqişəsinin sülh yolu ilə həllinə yönəlik danışıqlar prosesinə heç bir töhfə verməyəcək. /APA/


Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR