İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazır olduğunu açıqlayıb

İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazır olduğunu açıqlayıb
# 24 iyul 2007 09:07 (UTC +04:00)
İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə həllinə tərəfdardır. APA-nın İRNA-ya istinadən yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Əli Hüseyni ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayaraq bəyan edib ki, İran danışıqlar prosesinin davam etdirilməsini istəyir: “İran hesab edir ki. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda stabilliyə və bölgə ölkələrinin dayanaqlı inkişafına xidmət edəcək. Ölkələrin, o cümlədən Azərbaycanın suverenliyini tanıyan İran konstruktiv danışıqları, xüsusən də ölkə başçıları arasında aparılaq danışıqları alqışlayır və lazım gələrsə münaqişənin həlli üçün əlindən gələn yardımı etməyə hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR