Ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin son illərdə ən çox pozulması faktı qeydə alınıb

Ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin son illərdə ən çox pozulması faktı qeydə alınıb
# 04 sentyabr 2007 09:50 (UTC +04:00)
APA-nın Azərbaycan Müdafiə Nazirliyin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, ötən ay Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 106 dəfə pozulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri yaralanıb (Ağdam istiqamətində).
Bundan başqa, cəbhə xəttində mina partlayışı nəticəsində 1 əsgərimiz həlak olub, 1 polkovnik və 2 əsgərimiz yaralanıb.
Monitorinq nəticəsində məlum olub ki, cari ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində - Qazax və Tovuz istiqamətində fəallaşdığı halda, avqust ayında bu aktivlik Qarabağ cəbhəsinin mərkəzində Ağdam istiqamətində qeydə alınıb. Avqustda Ağdam istiqamətində atəşkəs 56, Tərtərdə 21, Goranboyda 14, Füzulidə 6, Qazaxda 5, Tovuzda 2, Ağdərədə 1 və Xocavənddə 1 dəfə atəşkəsin pozulması qeydə alınıb.
Bununla da, cari ilin yanvar-avqust aylarında atəşkəsin pozulması hallarının sayı 256-ya çatıb. Ümumilikdə bu dövrdə atəşkəsin pozulması və cəbhə xəttində mina partlayışları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 11 hərbçisi həlak olub. Həmçinin 5 əsgər düşmən gülləsindən, 5 əsgər isə mina partlayışından yaralanıb.
Qeyd edək ki, 2006-cı il ərzində atəşkəs 220 dəfə pozulub. Ötən il atəşkəsin pozulması nəticəsində Azərbaycanın 14 hərbçisi həlak olub. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR