Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
# 05 sentyabr 2007 11:25 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, güllə yarası almış əsgər 1988-ci il təvəllüdlü Hüseynov İsmayıl Azər oğlu hospitala aparılarkən yolda keçinib. İ. Hüseynov hərbi xidmətə Xanlar rayon Hərbi Komissarlığından çağırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərin şəhid olması faktı təsdiqlənib. Mətbuat xidmətindən APA-ya bildirilib ki, cavab atəşi ilə susdurulan düşmən tərəfi 3 itki verib. Qeyd edək ki, bu gecə Ermənistan Silahlı Qüvvələrinin Ağdam və Füzuli rayonları istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri ölüb, bir nəfər isə yaralanıb. /APA/


Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR