Akif Nağı və bir qrup QAT üzvü saxlanaraq polis idarəsinə aparılıb

Akif Nağı və bir qrup QAT üzvü saxlanaraq polis idarəsinə aparılıb
# 15 sentyabr 2007 11:07 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və təşkilatın bir qrup üzvü saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə aparılıb. Bu barədə APA-ya QAT-ın mətbuat xidmətindən məlumat verilib. Ənənəvi olaraq “Azad Qarabağ uğrunda mübariz döyüşçü” yarışı keçirən QAT rəhbərliyi tədbirin başa çatmasından sonra Stend Atıcılığı Mərkəzindən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıblar. QAT sədri Akif Nağı APA-ya bildirib ki, polis onları saxlayarkən heç bir izahat verməyib: “Biz bu gün erməni idmançılarının Bakıya gəlməsinə etiraz olaraq aeroportda aksiya keçirməyi planlaşdırmışdıq. Güman edirik ki, polisin bizi saxlaması bununla əlaqəlidir”. A. Nağı təxminən 20 nəfərin polis idarəsinə aparıldığını qeyd edib. /APA/


Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR