Türkiyənin “Hürriyyət” qəzeti Azərbaycanın işğal altında olan Laçın rayonunu Ermənistan ərazisi kimi təqdim edib

Türkiyənin “Hürriyyət” qəzeti Azərbaycanın işğal altında olan Laçın rayonunu Ermənistan ərazisi kimi təqdim edib
# 21 sentyabr 2007 07:43 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu səhvi ilk görən həmyerlimiz Fariz Hüseynov qəzetin mərkəzi ofisinə zəng edərək öz etirazını bildirib. “Hürriyyət” rəsmiləri ilə aparılan danışıqlardan sonra onlar bu hadisənin təsadüfən baş verdiyini və Laçın dəhlizinə dair şəkilləri Ermənistan bölməsindən çıxaracaqlarını bildiriblər. Hazırda Ermənistana aid bütün şəkillər ümumiyyətlə foto qalereyadan çıxarılıb. Fariz Hüseynovun sözlərinə görə, bu tipli səhvlər “Hürriyyət” qəzetində və qəzetin məxsus olduğu “Doğan” media qrupunda tez-tez baş verir. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR