QAT Azərbaycan ziyalılarının münaqişə zonasına ehtimal olunan səfəri ilə bağlı bəyanat yayıb

QAT Azərbaycan ziyalılarının münaqişə zonasına ehtimal olunan səfəri ilə bağlı bəyanat yayıb
# 28 sentyabr 2007 14:40 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan ziyalılarının növbəti dəfə işğal altındakı ərazilərə səfər edəcəyi haqda yayılan informasiyalarla bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda səfərlə bağlı narahatlıq bildirilib və atılacaq hər hansı belə bir addımın qarşısının alınması tələb olunub: “Bu səfərlərin təşkili birmənalı şəkildə işğalçı Ermənistanın maraqlarına uyğundur və ona görə də bu görüşlərə can atan və təşəbbüs edən erməni tərəfidir. Erməni tərəfi bu səfərləri təşkil etməklə Azərbaycan və Ermənistan arasında normal münasibətləri bərpa etməyə, bütün kəskin məsələlərin, ilk növbədə işğal faktı ilə bağlı məsələlərin müzakirə olunması və gündəmə gətirilməsindən imtinaya nail olmağa çalışır. Digər tərəfdən, ermənilər bu səfərlərlə Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesinə tərəf kimi cəlb olunmasına çalışırlar. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, bu prosesə cəlb olunan ziyalılar erməni siyasətinin həyata keçirilməsində adi alətə çevrilmələrinə yol verməməli və özlərində cəsarət tapıb geri çəkilməli, vətəndaş mövqelərini qoruyub saxlamalıdır. Azərbaycan cəmiyyəti, o cümlədən ictimai-siyasi qurumlar, hüquq müdafiəçiləri fəal olmalı və antimilli proseslərin qarşısının alınması istiqamətində ciddi addımlar atmalıdır. Biz öz növbəmizdə bir daha ziyalıları bu antimilli mövqedən geri çəkilməyə, rüsvayçı prosesdə iştirak etməməyə çağırırıq. Əks halda, bu dəfə bizim mövqeyimiz daha radikal və barışmaz olacaq”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR