Ermənilər yenə atəşkəsi pozublar

Ermənilər yenə atəşkəsi pozublar
# 03 noyabr 2007 08:08 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 2-də saat 23.05-dən 23.15-dək və noyabrın 3-də saat 01.30-dən 01.45-dək Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 00.15-dən 00.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, ötən gecə saat 01.10-dan 01.25-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən də Ordumuzun mövqelərini atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR