Terri Devis: “Azərbaycanın Ermənistanda mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ittihamları bizi narahat edir”

Terri Devis: “Azərbaycanın Ermənistanda mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ittihamları bizi narahat edir”
# 05 noyabr 2007 13:54 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda Ermənistanın xarici işlər naziri Vradan Oskanyanla keçirdiyi birgə mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis deyib. T. Devis bildirib ki, baş nazir
Serj Sarkisyan ona ekspertlərin Ermənistana səfərini Azərbaycana səfərlə əlaqələndirmədiklərini söyləyib: “Baş nazir əmin etdi ki, Ermənistan ekspertlərin Azərbaycanda da analoji iş aparıb-aparmayacağından asılı olmayaraq onları qəbul edəcək. Bizim ekspertlərimizin səfərinin Ermənistanın milli maraqlarından irəli gəldiyini də qeyd etmək lazımdır”. T. Devis əlavə edib ki, AŞ mədəniyyət abidələri ilə bağlı məsələdə həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə açıq dialoq aparacaq. O, ekspertlərin səfərinin vaxtı ilə bağlı konkret söz deməyib. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR