Almaniya Bundestaqında “dondurulmuş münaqişələr” mövzusunda keçirilən iki günlük dinləmələr başa çatıb

Almaniya Bundestaqında “dondurulmuş münaqişələr” mövzusunda keçirilən iki günlük dinləmələr başa çatıb
# 06 noyabr 2007 16:39 (UTC +04:00)
APA-nın dinləmələri işıqlandıran Avropa bürosunun əməkdaşının məlumatına görə, ASPA MK sədri Eduard Lintnerin rəhbərliyi ilə
tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan nümayəndə həyətinin rəhbəri Səməd Seyidov, Ermənistan tərəfdən Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Varujan Nersesyan və Rusiyanın münaqişələr üzrə xüsusi səfiri iştirak edib. APA-nın əməkdaşının “Tərəflər müzakirələri necə qiymətləndirir” sualının cavabında V. Nersesyan toplantını müsbət qiymətləndirdiyini qeyd etməklə yanaşı, Dağlıq Qarabağ separatçılarının müzakirələrdə iştirak etməməsindən məyusluğunu dilə gətirib. O, separatçıların gələcəkdə belə müzakirələrə dəvət ediləcəyinə ümidvar olduğunu sözlərinə əlavə edib. Onun dediklərinin qarşılığında S. Seyidov Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin bu cür müzakirələrdə iştirakına etiraz etmədiyini deyib: “Lakin tədbirlərə Dağlıq Qarabağın azərbaycanlı icması da dəvət edilməlidir. Bu məsələ Avropa Şurasının münaqişə ilə bağlı çıxardığı 1416 saylı Qətnamədə əksini tapıb. Yəni, Dağlı Qarabağ ictimaiyyəti dedikdə, bölgənin hər iki icması nəzərdə tutulur”.
E. Lintner mətbuat konfransına yekun vuraraq, Monitorinq Komitəsinin münaqişələrin dinc yolla həllinə dair öhdəlik götürmüş AS üzvü olan Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanın üzləşdiyi münaqişələrlə bağlı bu kimi müzakirələri gələcəkdə də davam etdirməli olduğunu bildirib: “Bununla, bütün Avropa qitəsində sülh və təhlükəsizliyin təmin edilməsinə töhfə vermiş olarıq”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR