Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənilər növbəti dəfə atəşkəsi pozublar
# 13 noyabr 2007 08:10 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 18.10-dan noyabrın 13-ü saat 02.17-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ermənilər saat 22.02-dən noyabrın 13-ü saat 02.30-dək isə fasilələrlə Ağdam rayonunun Şıxlar, Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan noyabrın 13-ü saat 04.45-dək fasilələrlə Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR