Ermənistan Silahlı Qüvvələri Xocavənd, Füzuli və Ağdam istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Xocavənd, Füzuli və Ağdam istiqamətində atəşkəsi pozub
# 23 noyabr 2007 08:29 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 22-də saat 09:14-dən 09:55-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23:15-dən noyabrın 23-ü saat 01:45-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 01:00-dan 01:10-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR