Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilmiş monitorinq insidentsiz ötüşüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilmiş monitorinq insidentsiz ötüşüb
# 28 noyabr 2007 12:16 (UTC +04:00)
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, Ermənistan tərəfdə isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Miroslav Vımetal keçiriblər. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR