Politoloq Vəfa Quluzadə: “Münaqişənin həlli üçün gözləmək lazımdı, Çin Honkonqun azad olunmasını 50 il gözlədiyi kimi”

Politoloq Vəfa Quluzadə: “Münaqişənin həlli üçün gözləmək lazımdı, Çin Honkonqun azad olunmasını 50 il gözlədiyi kimi”
# 01 dekabr 2007 11:20 (UTC +04:00)
Ona görə də sənəd heç vaxt razılaşdırılmayacaq. Ermənilər istəyirlər ki, biz öz vətəndaşlarımız olan Dağlıq Qarabağ ermənilərin öz müqəddəratını təyin etmək hüququnu tanıyaq, sonra onlar bizim ərazi bütövlüyümüzü tanıyacaqlar. Bu, 1994-cü ildən aparılan çox perspektivsiz oyundur”. Bunu APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib. Politoloq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının buna dair qətnaməsində ermənilərin bütün işğal olunmuş ərazilərdən çıxarılmasının mütləqliyinin qeyd edildiyini söyləyib: “Yalnız bu baş verəndən sonra Dağlıq Qarabağın statusuna baxılmalıdır. Amma ermənilər buna əməl etmir”. V. Quluzadə Azərbaycanın bütün təzyiqlərə baxmayaraq, münaqişənin həlli üçün gözləməsinin lazımlığını deyib: “Münaqişənin həlli üçün gözləmək lazımdı, Çin Honkonqun azad olunmasını 50 il gözlədiyi kimi. Qoy, Ermənistan müharibə vəziyyətində qalsın, Dağlıq Qarabağ erməniləri oradan çıxıb getsinlər”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR