Araz Əzimov: “PKK bazalarının Qarabağda yerləşdirilməsi faktı təsdiqlənərsə, bu, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə bir daha nümayiş etdirəcək”

Araz Əzimov: “PKK bazalarının Qarabağda yerləşdirilməsi faktı təsdiqlənərsə, bu, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə bir daha nümayiş etdirəcək”
# 10 dekabr 2007 12:38 (UTC +04:00)
“PKK terror təşkilatının bazalarının Qarabağda yerləşdirilməsi ilə bağlı məlumatları nəzərdən keçirməliyik”. APA-nın xəbərinə görə, bu bəyanatla Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib. Onun sözlərinə görə, bu məlumatlar Azərbaycanda təbii narahatlıq doğurur: “Amma bu bizim üçün təəccüblü deyil. Erməni separatçılarının hansısa terror təşkilatı ilə əlaqə quracağını gözləyirdik. Çünki bu, birinci fakt deyil”. A. Əzimov qeyd edib ki, PKK terror təşkilatının bazalarının Qarabağda yerləşdirilməsi faktı təsdiqlənərsə, bu, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə bir daha nümayiş etdirəcək. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR