Ermənistan Silahlı Qüvvələri Füzuli və Xocavənd istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Füzuli və Xocavənd istiqamətində atəşkəsi pozub
# 11 dekabr 2007 07:16 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi müxtəlif istiqamətlərdə pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 10-u saat 10:35-dən dekabrın 11-i saat 03:15-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, dekabrın 10-da saat 15:10-dan 15:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, dekabrın 11-i saat 06:00-dan 06:20-dək Füzuli rayonunun Horadiz və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR