Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Laçın rayonu ərazisində zorla məskunlaşdırılan 10 min erməni ailəsindən 3 mini artıq ərazini tərk edib

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Laçın rayonu ərazisində zorla məskunlaşdırılan 10 min erməni ailəsindən 3 mini artıq ərazini tərk edib
# 13 dekabr 2007 12:04 (UTC +04:00)
“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun APA-ya verdiyi məlumata görə, Laçın rayonu ərazisində zorla məskunlaşdırılan 10 min erməni ailəsindən 3 mini şəraitsizik və baxımsızlıq ucbatından artıq ərazini tərk edib. Ərazinin boşalmasından narahat olan Ermənistan hökuməti ermənilərə maliyyə yardımları göstərmək üçün Laçında “Software Develorment Coalition of Kashatagh (Laçhin) Artsax” adlı kompaniya yaradıb. Kompaniya maliyyə işlərini gücləndirmək üçün səhmdarların cəlb olunması ilə məşğul olacaq. Birinci iki ildə qurum səhmdarlar və sifarişçilər (orada məskunlaşdırılan ermənilər) arasında vasitəçilik edəcək. Qurumu ABŞ-da qeydiyyatdan keçirilmək istəyən ermənilər, bu baş tutmayacağı təqdirdə, kompaniya Xankəndində açıq tipli səhmdar cəmiyyət kimi qeydiyyatdan keçiriləcək. Bu layihə çərçivəsində rayonun hər bir sakininə 1000 ABŞ dolları məbləğində səhm paketi təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR