Nizami Bəhmənov: “Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasının rolu ola bilməz”

Nizami Bəhmənov: “Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasının rolu ola bilməz”
# 18 dekabr 2007 15:32 (UTC +04:00)
O bildirib ki, erməni ideoloqları öz millətlərinin beynini zəhərləyiblər və bu səbəblə hansısa irəliləyişə ümid bəsləmir. N. Bəhmənov Dağlıq Qarabağın azərbaycanlı icmasının mütləq Dağlıq Qarabağa gedəcəyini deyib. Onun sözlərinə görə, bu, siyasi gediş, xalq diplomatiyası, ziyalıların səfəri yox, danışıqlar prosesində iştirak edən tərəfin səfəri olacaq: “Biz Ermənistana yox, Dağlıq Qarabağa gedəcəyik. Amma səfərimiz o vaxt reallaşa bilər ki, danışıqlar prosesində hansısa irəliləyiş olsun, ermənilər qeyri-konstruktiv mövqedən əl çəkərək dərk etsinlər ki, bu, Azərbaycan ərazisidir”. N. Bəhmənovun fikrincə, Dağlıq Qarabağın gələcək statusu mütləq iki icmanın birgə müzakirəsi nəticəsində müəyyənləşəcək: “İki icmanın birgə yaşayışı təmin olunmasa, əlaqələr qurulmasa, statusun müəyyənləşdirilməsi qeyri-mümkündür. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması mütləq şərtdir”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR