QAT sədri Ermənistanda keçirilən “Azərbaycan həftəsi”nə qatılan azərbaycanlıların cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə baş prokurora müraciət edib

QAT sədri Ermənistanda keçirilən  “Azərbaycan həftəsi”nə qatılan azərbaycanlıların  cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə baş prokurora müraciət edib
# 19 dekabr 2007 14:29 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İrəvanda fəaliyyət göstərən “Mxitar Sebastaçi” təhsil kompleksinin direktoru Aşot Bleyanın təşəbbüsü ilə Ermənistanda keçirilən “Azərbaycan həftəsi”nə qatılan Azərbaycan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İrəvanda keçirilən tədbirə qatılan Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Gəncə şəhər şöbəsinin sədri Sahib Babayevin, hüquq müdafiəçisi Həmiz Məsimovun, publisist Seymur Baycanın, “3-cü nəzər” nəşrinin redaktoru Rauf Rəcəbovun, “Həmrəylik” ictimai təşkilatının rəhbəri Afət Sarıyevanın, vəkil Cavanşir Ömərovun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılması istənilib. Müraciətdə o da qeyd olunub ki, Ermənistana edilən səfərlər dövlət başçısının mövqeyinə ziddir və Azərbaycan Ordusunun ruh yüksəkliyinə mənfi təsir göstərir. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR