Ermənistandakı Qafqaz Sülh və Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə çəkilən “Sərhədləri açın” adlı filmin təqdimatı keçirilib

Ermənistandakı Qafqaz Sülh və Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə çəkilən “Sərhədləri açın” adlı filmin təqdimatı keçirilib
# 25 dekabr 2007 11:48 (UTC +04:00)
Bu gün Bakıda İrəvanda fəaliyyət göstərən Qafqaz Sülh və Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə çəkilən “Sərhədləri açın” adlı filmin təqdimatı keçirilib. APA-nın məlumatına görə, "Üçüncü baxış" analitik agentliyinin baş redaktoru Rauf Rəcəbov bildirib ki, 2005-ci ildə çəkilən filmdə Dağlıq Qarabağ münaqişəsinin fəsadları qabardılıb. Ekran əsərində 1988-ci ildə Bakıdan köçən, sonra müharibədə yaralanan və əsir düşən erməniyə Azərbaycanda göstərilən yaxşı münasibətdən bəhs olunur. R. Rəcəbov filmin Ermənistanda və Dağlıq Qarabağda nümayiş olunduğunu və ermənilər tərəfindən mənfi qarşılandığını deyib. O, Ermənistana səfərinə də toxunaraq “Ermənistanda Azərbaycan həftəsi” adlı tədbirə yox, “Dialoqa bir addım” adlı konfransa dəvət aldığını söyləyib. R. Rəcəbov İrəvanda Mxitar Sebastası Təhsil Kompleksinin rəhbəri Aşot Bleyanın təşəbbüsü ilə keçirilən bu tədbirin təşkilati baxımdan zəif hazırlandığını və hansısa nəticənin əldə edilmədiyini deyib: “Ümumiyyətlə, belə səfərlər ancaq dialoq məqsədi daşıya bilər. Biz münaqişəni həll edə bilmərik. Azərbaycanda isə “Ermənistan günləri”nin keçirilməsi ilə razı deyiləm”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR