“Zolotıye stranitsı Ukrainı” məlumat kitabçasının 2007-ci il buraxılışında Dağlıq Qarabağla bağlı məlumatlara düzəliş edilib

“Zolotıye stranitsı Ukrainı” məlumat kitabçasının 2007-ci il buraxılışında Dağlıq Qarabağla bağlı məlumatlara düzəliş edilib
# 28 dekabr 2007 12:17 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “Zolotıye stranitsı Ukrainı” layihəsinin Donetskdəki rəhbəri Olqa Poddubnaya məlumat verib. O, məlumat kitabçasının 2006-cı ildə nəşr olunmuş buraxılışında Dağlıq Qarabağla bağlı yanlışlığa yol verildiyini təsdiqləyib, bununla belə, həmin məlumatların hamısının “Ukrtelekom” tərəfindən rəsmən təqdim edildiyini bildirib: “Həmin nəşrdən sonra Donetskdə yaşayan Azərbaycan diasporu etiraz bildirmiş, diasporun müraciətinə cavab da verilmişdi. 2007-ci ilin aprel-may aylarında isə “Ukrtelekom” Dağlıq Qarabağla bağlı telefon kodlarına düzəliş edib göndərdi və yeni nəşr artıq düzəldilmiş variantda çap olundu”.
Qeyd edək ki, məlumat kitabçasının 2006-cı il nəşrində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi təqdim olunub. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR