Ermənistan Silahlı Qüvvələri Qazax və Xocavənd istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Qazax və Xocavənd istiqamətində atəşkəsi pozub
# 30 dekabr 2007 07:11 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 12.58-dən 13.00-dək Ermənistanın Berd rayonunun Ayqeovit kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızıl Hacılı kəndini, saat 16.20-dən 16.30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR