ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər
# 15 yanvar 2008 12:24 (UTC +04:00)
İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Ermənistan prezidenti Robert Köçəryanla görüşüblər. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı mərhələsi ilə bağlı müzakirələr aparılıb, vasitəçilər ötən il noyabrın 29-da Madriddə tərəflərə təqdim etdikləri yazılı təkliflərə R. Köçəryanın münasibətini öyrəniblər.
Qeyd edək ki, sabah Dağlıq Qarabağa səfər edəcək həmsədrlər yanvarın 16-da Ağdamın Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçiriləcək monitorinqi Anjey Kaspşiklə yanaşı təmas xəttinin qarşı tərəfindən izləyəcəklər. Həmin gün onlar İrəvana qayıdacaq, yanvarın 18-də isə yenidən Bakıya gələcəklər. Onlar artıq yanvarın 14-də Bakıda Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşərək müzakirələr aparıblar. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR