Bu gün qoşunların təmas xəttində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə monitorinq keçiriləcək

Bu gün qoşunların təmas xəttində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə monitorinq keçiriləcək
# 16 yanvar 2008 07:28 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinqdə Azərbaycan tərəfdən iştirak edəcək ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüblər. Səhra köməkçilərinə ermənilərin atəşkəs rejimini tez-tez pozması, onların hətta dinc sakinlərə atəş açması barədə məlumat verilib. Bundan sonra İmre Palatinus və Antal Herdiç təmas xəttinə yollanıblar. Qeyd edək ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Jaslan Nurtazin, Piter Ki və Miroslav Vımetal keçirəcəklər. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Metyu Brayza və Yuri Merzlakov da təmas xəttinin qarşı tərəfində monitorinqin keçirilməsində iştirak edəcəklər. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR