Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub
# 24 yanvar 2008 07:58 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 23-də saat 11.15-dən 11.35-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.00-dan 21.25-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 13.30-dan 13.40-dək və yanvarın 24-də saat 05.30-dan 05.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR