Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri ona məktub yazıblar

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri ona məktub yazıblar
# 25 yanvar 2008 16:38 (UTC +04:00)
Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun valideynləri bu gün ona məktub yazıblar. Bu barədə APA-ya əsirin atası Nazim Məmmədov məlumat verib. O, məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə təqdim etdiklərini bildirib: “Biz Samirlə sonuncu dəfə ötən il martın 9-da məktublaşmışıq. Ondan sonra hər dəfə bizə deyirdilər ki, Samir məktub qəbul etmir, ona görə də məktublarımızı geri qaytarırdılar. İndi isə məktubu aldılar”.
Xatırladaq ki, S. Məmmədov 2006-cı il dekabrın 24-də Qazax rayonu istiqamətində əsir götürülüb. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR