Daşaltı əməliyyatının 16-cı ildönümü münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət edilib

Daşaltı əməliyyatının 16-cı ildönümü münasibəti ilə Şəhidlər Xiyabanı ziyarət edilib
# 26 yanvar 2008 10:02 (UTC +04:00)
APA-nın məlumatına görə, ziyarətçilər Şəhidlər Xiyabanında Daşaltı şəhidlərinin xatirəsi üçün asılmış lövhəsinin qarşısında toplaşaraq, həmin əməliyyatda şəhid olmuş və itkin düşmüş döyüş yoldaşlarını anıblar. AVMVB sədri Füzuli Rzaquliyev bildirib ki, Azərbaycan əsgərləri Daşaltıda düşmənin pusqusuna düşsələr də, təslim olmayıb, sonadək döyüşüblər: “Gülləsi qurtarmış əsgərlərimizdən Cəfərov Zaur əsir düşməmək üçün sonuncu gülləsi ilə özünü vurdu, Xəlilov Rövşən isə özünü və onu ələ keçirmək istəyən erməni quldurlarını F-1 əl qumbarası ilə partlatdı. Onlarla könüllü döyüşçü ələ keçməmək üçün özünü və düşmənlərini beləcə məhv etdi”.
Qeyd edək ki, Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR