Ermənistanın Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovu hansı ölkəyə təhvil verdiyi hələlik məlum deyil

Ermənistanın Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovu hansı ölkəyə təhvil verdiyi hələlik məlum deyil
# 04 fevral 2008 11:15 (UTC +04:00)
Əsirin atası Nazim Məmmədov APA-ya bildirib ki, Samirin hansı ölkədə olduğunu dəqiqləşdirə bilməyiblər: “Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciət etmişik. Amma hələ ki, bizə bir söz demirlər”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov APA-ya açıqlamasında Azərbaycan Ordusunun əsgərinin hansı ölkəyə təhvil verildiyinin məlum olmadığını deyib. E. Səfərov əsgərin harada olması ilə bağlı hazırda araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, Samir Məmmədov üçüncü ölkəyə bu il yanvarın 31-də təhvil verilib. Onun hansı ölkəyə təhvil verildiyi isə açıqlanmayıb. Xatırladaq ki, Samir Məmmədov Ermənistan Silahlı Qüvvələri tərəfindən 2006-cı il dekabrın 24-də Azərbaycanın Qazax rayonu istiqamətində əsir götürülüb. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR