Erməni əsirliyindən üçüncü ölkəyə təhvil verilən Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri BQXK nümayəndələri ilə görüşüblər

Erməni əsirliyindən üçüncü ölkəyə təhvil verilən Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri BQXK nümayəndələri ilə görüşüblər
# 04 fevral 2008 15:40 (UTC +04:00)
Bu barədə APA-ya əsirin əmisi Vidadi Məmmədov bildirib. Onun sözlərinə görə, BQXK-nın Bərdə nümayəndəliyində baş tutan görüşdə qurum nümayəndələri əsgərimizin hansı ölkəyə təhvil verilməsi barədə məlumat verməyiblər: “Onlar Komitənin məlumatsız olduğunu dedilər. Biz isə bununla razılaşmırıq. Özlərinə də dedik ki, bu fakt 21-ci əsrdə beynəlxalq təşkilatların gözü qarşısında baş verən insan oğurluğudur. Komitə nümayəndələri onu da bildirdilər ki, Samir müstəqil şəxsdir və istədiyi vaxt valideynlərinə zəng edib, harada olması barədə məlumat verəcək”.
V. Məmmədov onu da deyib ki, ailəsi Samirin tezliklə vətənə dönməsinin tərəfdarıdır: “Samir Azərbaycan vətəndaşıdır. Biz onun başqa ölkədə qalmasını yox, Azərbaycana qayıtmasını istəyirik”.
Qeyd edək ki, Samir Məmmədov üçüncü ölkəyə bu il yanvarın 31-də təhvil verilib. Onun hansı ölkəyə təhvil verildiyi isə açıqlanmayıb. Xatırladaq ki, Samir Məmmədov Ermənistan Silahlı Qüvvələri tərəfindən 2006-cı il dekabrın 24-də Azərbaycanın Qazax rayonu istiqamətində əsir götürülmüşdü. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR