Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 05 fevral 2008 08:56 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 4-də saat 16.00-dan 16.30-dək Berd rayonunun yüksəkliklərində yerləşən mövqelərindən, saat 23.25-dən 16.55-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.20-dən 23.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərindən, 23.20-dən 23.35-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən, fevralın 5-də saat 04.40-dan 05.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 04.15-dən 04.25-dək və saat 04.30-dan 04.50-dək Ağdam rayonunun Cəvahirli kəndindəki yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR