Ermənilərin Azərbaycanda törətdiyi Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət olunub

Ermənilərin Azərbaycanda törətdiyi Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət olunub
# 13 fevral 2008 15:37 (UTC +04:00)
Tədbir iştirakçıları Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edilməsi təklifini irəli sürüblər. Fevralın 13-də 300-ə yaxın QHT-nin, bələdiyyə sədrinin və muxtarın imzaladığı müraciət Türkiyə parlamentinin rəhbərliyinə və TBMM-də təmsil olunan siyasi partiya qruplarına təqdim edilib. Müraciətdə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edən ermənilər soyqırımı törədiblər: “Ermənilər XX əsrdə dəfələrlə türklərə qarşı soyqırımı həyata keçiriblər. Qars şəhəri də bu vəhşiliklərdən kənarda qalmayıb. Bu səbəbdən ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dərindən hiss edirik. Ermənilərin Xocalıya hücumu nəticəsində 613 nəfər vəhşicəsinə öldürülüb, 1275 nəfər əsir götürülüb, 1000 nəfər əlil olub, 150 nəfər isə itkin düşüb. Dağlıq Qarabağın və Azərbaycanın digər rayonlarının ermənilər tərəfindən işğal edilməsi nəticəsində milyonlarla Azərbaycan türkü məcburi köçkün olub. Bütün bunları nəzərə alaraq, Xocalı faciəsinin soyqırımı kimi tanınmasını, bütün ölkələrin parlamentlərinə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı müraciət olunmasını xahiş edirik”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR