Azərbaycanın QHT nümayəndələri Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər

Azərbaycanın QHT nümayəndələri Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər
# 20 fevral 2008 13:45 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin sülh danışıqları prosesi çərçivəsində yaz aylarında Dağlıq Qarabağa səfəri gözlənilir. İşğal altında olan torpaqlarımıza təmas xəttini keçməklə getmək istəyən səfər təşkilatçılarının müraciətinə isə rəsmi orqanlar tərəfindən rədd cavabı verilib”. Bunu APA-ya Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayeva deyib. Komitə sədri bildirib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət ediblər. Nazirlikdən məsələnin Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olduğunu bildiriblər: “Dövlət Sərhəd Xidmətindən göndərilən cavab məktubunda isə göstərilir ki, bu səfər məqsədəuyğun deyil və sorğumuzu təmin etmək texniki cəhətdən imkan xaricindədir. Buna görə də biz Dağlıq Qarabağa Ermənistan ərazisindən keçərək getməyə məcburuq”. Səfərin məqsədi barədə məlumat verən A. Abdullayeva deyib ki, Qarabağ probleminin həlli istiqamətində rəsmi və qeyri-rəsmi formada danışıqlar gedir: “Xalqı sülhə hazırlamaq lazımdır. Səfərimizin məqsədi də budur. Bir həftəlik səfər çərçivəsində əvvəlcə Ermənistanda keçirilən konfransda iştirak edəcəyik, sonra isə Dağlıq Qarabağa yollanacağıq. Nümayəndə heyəti on nəfərdən ibarətdir”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR