Nazir müavini: “Azərbaycanın ATƏT, AŞ PA və Avropa Parlamentinə nəyə görə nota göndərməsinə Ermənistan izah verməlidir”

Nazir müavini: “Azərbaycanın ATƏT, AŞ PA və Avropa Parlamentinə nəyə görə nota göndərməsinə Ermənistan izah verməlidir”
# 21 fevral 2008 11:46 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarının işğal etdiyini söyləyən A. Əzimov bu ölkənin Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərindən siyasi məqsədlərlə yararlandığını vurğulayıb: “Bu respublika separatçı qurum yaratmaq, silah toplamaq, işğal etdiyi yerlərdə hərbi qurum formalaşdırmaq yolu ilə ərazilərdə hərbi-siyasi nəzarəti həyata keçirir. Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan ərazilərində istənilən növ fəaliyyətlə məşğuldur. Bu birinci dəfə deyil ki, Ermənistan qondarma “Dağlıq Qarabağ”da “seçki” keçirir və bu kimi tədbirlər görür”. Beynəlxalq təşkilatlar tərəfindən belə tədbirlərin qarşısının alınması üçün lazımi addımlar atılmasının vacibliyini vurğulayan nazir müavini əvvəllər ATƏT müşahidəçilərinin bu faktlara fikir verdiyini, müvafiq reaksiyalar göstərdiyini xatırladıb: “Bu dəfə isə biz məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyi lazım bildik, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və ATƏT-ə müraciət göndərdik. Seçkini müşahidə etmiş bu üç quruma müraciətin əsas məqsədi bundan ibarətdir ki, ortada faktlar və məlumatlar var. İşğal altında olan Azərbaycan ərazilərində beynəlxalq təşkilatların gözü qarşısında növbəti qanunsuz tədbir keçirilib. Biz də beynəlxalq təşkilatları bütün dünyanın bildiyi bu faktlara hesabatlarında yer ayırmağa və tədbirlər görməyə çağırdıq”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR