Azərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub

Azərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub
# 10 mart 2008 08:24 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 9-da saat 14.05-dən 14.20-dək Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 10.00-dan 22.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.10-dan 20.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 18.45-dən martın 10-u saat 00.55-dək fasilələrlə Tərtər rayonunun Çiləbürt, Qızıl Oba və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri, Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü İsmayılov Ramin İsmayıl oğlu şəhid olub. Bakı şəhərinin Nərimanov Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər İsmayılov Ülvi Vaqif oğlu isə sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Cavab atəşi ilə düşmənin 1 əsgəri məhv edilib.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR