Ermənilər Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd bölgədə yanğın törədiblər

Ermənilər Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd bölgədə yanğın törədiblər
# 11 mart 2008 08:16 (UTC +04:00)
Nəticədə Əlibəyli kəndinin 15 hektardan çox ərazisi tamamilə yanıb. Kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, ermənilərin törətdikləri yanğınlar nəticəsində neytral ərazidə 10-dək mina partlayışı müşahidə olunub. Yanğın baş verən ərazidə mina partlayışları baş verdiyindən sakinlər alovun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görə bilməyiblər. Yanğın martın 11-i gecə saatlarınadək davam edib. Qeyd edək ki, ermənilərin Əlibəyli kəndi istiqamətində törətdiyi yanğının qarşısını almaq mümkün olmasa da, baş verən yanğının evlər üçün təhlükə törətməyib. Yanğın baş vermiş ərazi ilə kənd arasından kiçik dağ çayı keçdiyinə görə alov evlərə ziyan vurmayıb. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR