Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb

Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb
# 12 mart 2008 14:08 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasienin APA-ya verdiyi məlumata görə, Anjey Kaspşik ATƏT sədri İlkka Kanervanın regiona səfərinin yekunları, Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların nəticələri barədə həmsədrləri məlumatlandırıb. Görüşdə həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin uzun müddətə pozulması faktı ətrafında da müzakirələr aparılıb. Bernar Fasienin sözlərinə görə, sabah Vyanada Anjey Kaspşikin iştirakı ilə həmsədrlərin daha bir görüşü planlaşdırılır.
Qeyd edək ki, görüşdə Bernar Fasie, Yuri Merzlyakov və Metyu Brayzanın ofisinin nümayəndəsi Mark Karpenter iştirak edib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza APA-ya verdiyi açıqlamada görüşdə iştirak edə bilmədiyini, bu səbəbdən görüşə öz ofisinin nümayəndəsi Mayk Karpenteri göndərdiyini bildirib. O, həmsədrlərin regiona növbəti səfərinin vaxtının hələlik dəqiqləşmədiyini də deyib.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR