Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
# 25 mart 2008 09:16 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 18:50-dən 19:00-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi, saat 16:20-dən martın 25-i saat 06:15-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19:20-dən 19:35-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 03:00-dan 03:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR