Ermənistan Silahlı Qüvvələri Füzuli, Ağdam, Xocavənd və Tərtər istiqamətində atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələri Füzuli, Ağdam, Xocavənd və Tərtər istiqamətində atəşkəsi pozublar
# 27 mart 2008 07:56 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilər dünən saat 19.00-dan 22.40-dək fasilələrlə Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar. Bundan başqa dünən saat 23.00-dan bu gün saat 01.35-dək fasilələrlə Ağdam rayonunun Tağıbəyli, Mərzili və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 00.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan martın 27-si saat 05.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR