Nizami Bəhmənov: “Biz öz ərazilərimizi müharibə yolu ilə azad edəcəyik”

Nizami Bəhmənov: “Biz öz ərazilərimizi müharibə yolu ilə azad edəcəyik”
# 08 may 2008 10:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov bildirib. İcma rəhbəri deyib ki, onun Dağlıq Qarabağa səfəri ilə bağlı təklif Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebidən gəlib. O, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyində də məlumatın olduğunu təsdiqləyib: “Biz bu səfəri reallaşdıra bilmərik. Çünki səfər sülh danışıqlarında irəliləyişə nail olunan zaman reallaşa bilər. Hələlik isə heç xarici işlər nazirləri səviyyəsində belə razılıq əldə olunmayıb. Yəni belə məqamda Dağlıq Qarabağa hər hansı səfərin mənası yoxdur”. İcma rəhbəri belə səfərlərin reallaşmasının mümkünsüzlüyündən də danışıb: “Piter Semnebinin qoluna girib Qarabağa qayıda bilmərik və belə qayıdış da olmayacaq. Ermənilər Azərbaycan vətəndaşı olduqlarını təsdiq etsələr və bu istiqamətdə irəliləyişlər olsa, səfər baş tuta bilər. Separatçı qüvvələrlə isə biz görüşə bilmərik”.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR