Araz Əzimov: “Azərbaycanın işğal altında olan ərazilərində ekoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”

Araz Əzimov: “Azərbaycanın işğal altında olan ərazilərində ekoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”
# 29 may 2008 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirin müavini Araz Əzimov məlumat verib. O bildirib ki, BMT Baş Assambleyasının Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin yerinə yetirilməsi çərçivəsində də bu məsələyə yer veriləcək. “Amma hər dəfə bu kimi faktlarla bağlı qətnamə layihəsi təqdim etmək də düzgün olmazdı”. İşğal altında olan ərazilərində vəziyyəti qiymətləndirən Araz Əzimov bölgədə vəziyyətin gərgin olaraq qaldığını, ermənilərin orada qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu bildirib.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR