Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin Sankt-Peterburq görüşünün konstruktiv keçdiyini bəyan ediblər
# 06 iyun 2008 14:23 (UTC +04:00)
O bildirib ki, prezidentlər xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə dair danışıqların davam etdirilməsi barədə tapşırıq veriblər: “Danışıqlar prosesi davam edir, prezidentlərin görüşü prosesin sıfır nöqtəsindən başlaması demək deyil”. Brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün konstruktiv məcrada keçdiyini bildirib. O, münaqişənin həllinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması yollarının axtarılmasının zəruriliyini vurğulayıb. XİN başçısı danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdiriləcəyini vurğulayıb. Jurnalistlərin suallarını cavablandıran hər iki ölkənin xarici işlər nazirləri görüşdə Madrid təkliflərinin müzakirə olunmadığını bildirib və bunu tərəflərin həmin təkliflərə fərqli yanaşmasının olması ilə izah ediblər. Nazirlər həmin təkliflərə yenidən baxılmasına ehtiyac olduğunu söyləyiblər. Danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü pozitiv dəyərləndiriblər. Amerikalı həmsədr Metyu Brayza görüşün tanışlıq xarakteri daşıdığını və uğurlu keçdiyini bildirib. O, tərəflərin danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, danışıqlar masasında olan təkliflərin təkmilləşdirilməsi üçün tərəflərin istənilən təklifini dinləməyə və mövqeləri yaxınlaşdırmağa hazırdırlar.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR