Edvard Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq”

Edvard Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq”
# 12 iyun 2008 08:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: “Bu, çox ümidverici və kifayət qədər müsbət görüş idi. Görüşdən sonra prezidentlər xarici işlər nazirlərinə danışıqların məhz Madrid prinsipləri əsasında davam etdirilməsi barədə tapşırıq verdilər”. XİN başçısı görüşdə çoxsaylı məsələlərin müzakirə olunduğunu, bir çox məsələlərlə bağlı dövlət başçılarının tet-a-tet söhbət etdiyini bildirib: “Əlbəttə ki, biz azərbaycanlılarla bütün məsələləri həll edəcəyik, biz həm də ticarətlə məşğul olmağa hazırıq. Lakin bu gün söhbət ciddi danışıqlardan gedir və Ermənistan danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madriddə irəli sürdüyü təkliflər əsasında davam etdirməyə hazırdır”. Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyunun son həftəsində regiona səfər edəcəyini bildirib.

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR