Türkiyə hərbi təyyarələrinin Suriya hava məkanına daxil olmasına imkan verilməyib

Türkiyə hərbi təyyarələrinin Suriya hava məkanına daxil olmasına imkan verilməyib
# 28 oktyabr 2016 14:11 (UTC +04:00)

Türkiyə hərbi təyyarələri Hələb şəhərinin şimal istiqamətindən Suriya hava məkanına daxil olmağa çalışıblar.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın “Sputnik” agentliyi təhlükəsizlik strukturlarındakı mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, Türkiyə hərbi təyyarələri Suriya və Rusiya hərbçilərinin xəbərdarlığından sonra geri qayıdıblar.

Xatırladaq ki, Türkiyə ordusu bu il avqustun 24-də Suriya ərazisində İŞİD-ə qarşı “Fərat qalxanı” adlı əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR