Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirilib

Bugünkü hərracda 19 dövlət əmlakı özəlləşdirilib
# 01 noyabr 2016 08:29 (UTC +04:00)

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

"APA-Economics" xəbər verir ki, budəfəki hərracda ümumilikdə 19 dövlət əmlakı olmaqla 1 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kv.m. sahəsi olan məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kv.m. sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub.

Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan "Pirallahı Çörək" səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir.

Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.

Xatırladaq ki, növbəti belə hərrac 8 noyabrda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR