Ukraynada dəmir yolu xəttində terror aktının qarşısı alınıb

Ukraynada dəmir yolu xəttində terror aktının qarşısı alınıb
# 08 avqust 2016 09:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynada dəmir yolu xəttində terror aktının qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında məlumat yerləşdirilib.

Xidmət əməkdaşları dəmiryol xəttini 3 istiqamətə partlatmağı planlaşdıran 5 nəfəri saxlayıblar.

Lvov vilayətinin Dublyanı kəndindəki körpü üzərində partlayıcı vasitəni yerləşdirmək istəyən zaman saxlanılan şübhəli şəxslərdən biri Ukrayna Təhlükəsizlik Komitəsi əməkdaşlarına atəş açıb. Atışma zamanı əməliyyatçı və şübhəli şəxs xəsarət alıblar. Saxlanılan şəxslərin üzərində olan qumbaraatanlar, qumbaralar, 5 kiloqram partlayıcı, 600 qram trotil, 3 detonator, 3 tapança və çoxlu sayda müxtəlif kalibrli güllələr aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR