Güclü külək İranın Qərbi Azərbaycan əyalətinə ciddi ziyan vurub

Güclü külək İranın Qərbi Azərbaycan əyalətinə ciddi ziyan vurub
# 01 noyabr 2016 12:57 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində güclü tufan bir sıra fəsadlar törədib.

APA-nın Tehran bürosunun məlumatına görə, şəhərlərdə avtomobillərə, evlərə və infrastruktura ziyan vurub. Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Urmiya şəhərində də güclü külək bir neçə nəfərin xəsarət almasına səbəb olub.

Bəzi yerlərdə, o cümlədən Piranşəhərdə küləyin sürəti 70 km/saata çatıb. Urmiyada reklam lövhələri avtomobillərin üstünə aşıb, yoldan keçənlər xəsarət alıblar.

Güclü tufan nəticəsində Urmiyanın Səfəvilər dövrünə aid qədim bazarında yanğın baş verib. Urmiyanın bəzi bölgələrində məktəblərdə tətil elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR