“Ümumdünya Səhiyyə Təşkilatının bir neçə il əvvəl bəyan etdiyi rəqəmlər onu göstərir ki, intihar edən insanların təqribən 15-20%-i ağır psixi xəstəliklərin daşıyıcılarıdır. Digər 15-20%-i psixiatrın nəzarəti altında ola bilərdilər. Onların ağır bir xroniki xəstəliyi yoxdur, ancaq psixiatrik və psixoloji problemlərin olduğu istisna edilmir. Qalan 70 % isə psixi sağlamlığı olmayan insanlardır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
Onun sözlərinə görə, bu rəqəm hər hansı bir ölkə üçün yox, intihar edən insanların kateqoriyasına aiddir.
Depressiyanın da ağır psixi xəstəlik olduğunu deyən G.Gəraybəyli vurğulayıb ki, ağır depressiyada olan insablar intihar edə bilər: “Ancaq bir çox insanların intiharı xəstəliklə yox, psixoloji problemlər - tənhalıq, sarsıdıcı xəbər, ailədə, həyatda baş verən hadisə, ağır itki ilə bağlıdır. Azərbaycanda intihar edənlərə ruhi xəstə adının verilməsi sovet psixiatriyasından miras qalan bir fikirdir. Sovet vaxtında elə bir fikir vardı ki, yalnız psixi xəstələr könüllü həyatdan köçə bilər”.