Kayak və kanoe üzrə beynəlxalq turnirin ilk günündə 2 qızıl medal - VİDEO

Kayak və kanoe üzrə beynəlxalq turnirin ilk günündə 2 qızıl medal - VİDEO
# 11 avqust 2023 10:59 (UTC +04:00)

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

APA xəbər verir ki, 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.

İlk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb.

1 nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Eyni yaş kateqoriyasında 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.

© APA | Beynəlxalq turnirin ilk günündə 2 qızıl medal

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR